Bağla

Botoks

Botoks — qırışların görünməsini azaldan və üzün daha hamar görünməsini təmin edən estetik prosedurdur. 

Botoks

10 mart, 2026

Botoks — qırışların görünməsini azaldan və üzün daha hamar görünməsini təmin edən estetik prosedurdur. Dünyada ən çox tətbiq edilən, təhlükəsiz kosmetoloji müdaxilələrdən biridir. Botoks həmçinin tibbi məqsədlərlə — hiperhidroz (həddindən artıq tərləmə), miqren və çənə sıxma problemlərinin müalicəsində də istifadə olunur.


Nəyə görə edilir?

         •        Alın və qaş arsındakı dərin qırışların azaldılması

         •        Göz ətrafı incə qırışların yumşaldılması

         •        Qaşların qaldırılması (brow lift)

         •        Gülümsəyərkən diş ətlərinin çox görünməsinin aradan qaldırılması (gummy smile)

         •        Çənə və boyun çizgilərinin yumşaldılması

         •        Tərləmənin müalicəsi (ovuc, qolaltı, ayaq altı hiperhidroz)

 

Prosedur necə həyata keçirilir?

 

1. Konsultasiya və qiymətləndirmə

 

Həkim pasiyentin mimikasını, dəri vəziyyətini və qırışların dərinliyini qiymətləndirir. Tətbiq ediləcək nahiyələr planlaşdırılır.

 

2. Hazırlıq mərhələsi

         •        Dəri təmizlənir və dezinfeksiya edilir

         •        Anestezik krem sürtülür (ağrı demək olar hiss olunmur)


3. Tətbiq

         •        İncə iynə vasitəsilə seçilmiş nöqtələrə çox kiçik dozalarda botulinum toksin yeridilir

         •        Sessiya cəmi 10–15 dəqiqə çəkir

         •        Prosedur zamanı yanma və ya yüngül batma hissi ola bilər

 

4. Bitdikdən sonra

         •        Pasiyent dərhal işinə və gündəlik fəaliyyətinə qayıda bilər

         •        Qızartı və yüngül şişlik 10–20 dəqiqə ərzində keçir

 

Kimlər üçün uyğun deyil?

         •        Hamiləlik və südvermə dövründə olanlar

         •        Sinir-əzələ xəstəlikləri olan şəxslər (myasthenia gravis və s.)

         •        Allergik reaksiya keçirmə ehtimalı olanlar

Nəticə


Nəticə 1 həftəyə görünür. Təsir müddəti 4-6 ay olur.  (orqanizmdən və əzələ gücündən asılıdır)

 

Daimi və davamlı nəticə üçün ildə 2–3 dəfə təkrarlanması tövsiyə olunur.