Bağla

Üz Gərmə Əməliyyatı

Üz gərmə – üz və boyun nahiyəsində yaşlanma ilə yaranan sallanma, dərinin boşalması və dərin qırışların aradan qaldırılması üçün tətbiq olunan cərrahi prosedurdur. Bu əməliyyat üzün konturunu gəncləşdirir, dəriyə daha dartılmış və təbii görünüş qazandırır.

Üz gərmə

08 mart, 2026

Üz gərmə – üz və boyun nahiyəsində yaşlanma ilə yaranan sallanma, dərinin boşalması və dərin qırışların aradan qaldırılması üçün tətbiq olunan cərrahi prosedurdur. Bu əməliyyat üzün konturunu gəncləşdirir, dəriyə daha dartılmış və təbii görünüş qazandırır.

 

Kimlər üçün uyğundur?

          •        Üz və boyun nahiyəsində sallanma olan şəxslər

          •        Dolğu və botoksla nəticə əldə etməyənlər

          •        Üz xəttini yenidən formalaşdırmaq istəyənlər

 

Konsultasiya

          •        Üzün dəri elastikliyi, toxuma dərinliyi və sallanma dərəcəsi yoxlanılır.

          •        Lazım olarsa, boyun bölgəsi də qiymətləndirilir.

          •        Xəstənin istəkləri və gözlənilən nəticə müzakirə olunur.

          •        Əməliyyatdan əvvəl dərman istifadəsi, allergiyalar və keçmiş prosedurlar nəzərdən keçirilir.

 

Əməliyyat Prosesi


1. Anesteziya


          •        Adətən ümumi anesteziya tətbiq olunur.

          •        Daha kiçik hallarda lokal anesteziya

 

2. Kəsiklərin edilməsi


Kəsiklər adətən gizlədilə bilən bölgələrdə açılır:


          •        Qulaq önü

          •        Qulağın arxası

          •        Saç xəttinin içi

Bu sayədə əməliyyatdan sonra çapıqlar demək olar ki, görünməz olur.


Sağalma Prosesi


          •        İlk 3–5 gün şişlik, gərginlik hissi və yüngül göyərmələr normaldır.

          •        1 həftə içində tikişlər çıxarılır.

          •        Tam nəticə 6 ay ərzində görünür.

          •        İdman və ağır fəaliyyətlər 4–6 həftə məhdudlaşdırılır.

 

Dəri sallanmasının müxtəlif səbəbləri ola bilər:


·        Yaşlanma;

·        Genetika;

·        Kəskin çəki itkisi;

·        Hormonal pozuntular.

 

Üz və boyun bölgəsindəki sallanma bəzi insanlarda 30-lu yaşların sonlarında belə müşahidə oluna bilər, digərləri isə bu proseduru 50 yaşdan sonra düşünür. Mütəxəssislərin fikrincə, toxumalarda nəzərəçarpacaq boşalma başladıqdan sonra uzun müddət gözləmək doğru deyil. Çünki zaman keçdikcə dərinin elastikliyi azalır və əməliyyatın verə biləcəyi nəticələr əvvəlki qədər yüksək olmaya bilər.