Bağla

Liposaksiya

Liposaksiya – bədənin müəyyən bölgələrində toplanmış və pəhriz-idmanla azalmayan piy yığımlarını xüsusi kanüllər vasitəsilə soraraq çıxarmaqla bədən konturlarını incəldən cərrahi prosedurdur. Bu əməliyyat arıqlama metodu deyil, bədən formasını modelləşdirmə əməliyyatıdır.

25 fevral, 2026

Kimlər üçün uyğundur?

    •    Pəhriz və idmana baxmayaraq əriməyən inadkar piy yığımları olanlar
    •    Daha incə bel xətti, qarın, bud və qol konturu istəyənlər
    •    Bədən proporsiyalarını düzəltmək istəyənlər
    •    Çəki artıqlığı çox olmayan, amma forma problemi yaşayanlar

Liposaksiya hansı bölgələrə edilir?

    •    Qarın
    •    Bel və bel yanları
    •    Bud içi və bud xarici
    •    Diz ətrafı
    •    Qollar
    •    Buxaq
    •    Sinə (kişilərdə ginekomastiya üçün)

Konsultasiya

    •    Dərinin vəziyyəti və elastikliyi yoxlanılır.
    •    Xəstənin gözləntiləri dəqiq şəkildə müəyyənləşdirilir.
    •    Sağalma müddəti və nəticələr izah edilir.

Əməliyyat Prosesi

    •    Əməliyyat ümumi anesteziya altında icra olunur.

    •    Kiçik kəsiklər qoyulur və xüsusi kanüllər vasitəsilə piy toxuması sorulur.
    •    Kəsiklər çox kiçik olduğundan iz minimal olur.

    •    Ultrasəs, vibrasiya və yüksək dəqiqlikli kanüllərlə piylər bədəndən çıxarılır.
    •    Bədən konturuna təbii və balanslı forma verilir.
    *    Vaserlipodan istifadə edilir.

Əməliyyatın müddəti

    •    Tətbiq olunan bölgələrin sayından asılı olaraq 1–4 saat davam edir.