Bağla

Qol Gərmə Əməliyyatı

Qol gərmə əməliyyatı – yuxarı qol nahiyəsindəki sallanan dəri və artıq piy toxumasının aradan qaldırılması üçün aparılan cərrahi prosedurdur. Bu əməliyyat qol konturunu düzəldir və daha gənc, formalaşmış görünüş təmin edir.

Qol Gərmə Əməliyyatı

25 fevral, 2026

Qol gərmə əməliyyatı – yuxarı qol nahiyəsindəki sallanan dəri və artıq piy toxumasının aradan qaldırılması üçün aparılan cərrahi prosedurdur. Bu əməliyyat qol konturunu düzəldir və daha gənc, formalaşmış görünüş təmin edir.

Kimlər üçün uyğundur?


    •    Qol sallanması və artıq dərisi olan şəxslər
    •    Artıq çəki itirdikdən sonra qollarda dərinin boşalmasını yaşayanlar
    •    İdman və ya pəhrizlə aradan qaldırıla bilməyən piy yığılması olanlar
    •    Öz qol görünüşünü estetik baxımdan yaxşılaşdırmaq istəyənlər

Konsultasiya


    •    Qolun dərisinin elastikliyi və piy miqdarı qiymətləndirilir.
    •    Həkim ilə xəstənin gözləntiləri müzakirə olunur. Qolun tam gərilməsi yalnız dəri çıxarılması iləmi və ya liposaksiya ilə kombinə edilmiş şəkildəmi olacağı müəyyən edilir. 
    •    Sağalma müddəti və əldə olunacaq nəticə izah edilir.

Əməliyyat Prosesi


    •    Adətən ümumi anesteziya tətbiq olunur.
    •    Kiçik hallarda lokal anesteziya ola bilər.
    •    Əməliyyat təxminən 2 saat çəkir.
    •    Xəstə əksər hallarda eyni gün və ya ertəsi gün evə buraxılır.

Sağalma Prosesi


    •    İlk 1–2 həftə qollar şiş və həssas ola bilər.
    •    1 ay qol karseti taxılmalıdır.
    •    Ağır hərəkət və idman 3 ay müddətində məhdudlaşdırılır.
    •    Tam nəticə 6 ay ərzində görünür.