Niyə blefaroplastika olunur?
Yaşlanma, genetika və həyat tərzi faktorları nəticəsində göz qapaqlarında aşağıdakı dəyişikliklər yarana bilər:
• Üst göz qapağında dəri sallanması
• Göz qapağı dərisinin artıq yığılması
• Alt qapaqda torba və şişkinliklərin yaranması
• Alt göz qapağında boşalma və qırışların dərinləşməsi
• Gözlərin yorğun, kədərli görünməsi
• Görmə sahəsinin qismən daralması
Üst göz qapağı blefaroplastikası
Üst qapaqda olan artıq dəri və yağ toxumasının çıxarılması ilə:
• gözlər daha açıq görünür,
• üst qapağın düşməsi aradan qalxır,
• makiyaj daha rahat tətbiq olunur,
• daha gənc və diri baxış effekti yaranır.
Kəsik qapağın təbii qatında aparıldığı üçün izlər demək olar görünmür.
Alt göz qapağı blefaroplastikası
Alt qapaqda əsas problemlər:
• Torbaların yaranması
• Yağ yığıntılarının irəli çıxması
• Alt qapağın dərisinin boşalması və sallanması
• Dərin qırışların artması
Alt blefaroplastika zamanı artıq yağ toxuması yenidən paylanır və ya çıxarılır, dəri gərilir və alt qapağın konturu düzəldilir.
Əməliyyat kimlərə tövsiyə olunur?
Aşağıdakı hallardan biri olduqda blefaroplastika məsləhət görülür:
1. Üst qapaqda artıq dəri gözə ağırlıq verirsə
2. Alt qapaqda torba və şişkinlik varsa
3. Gözlər yorğun görünürsə
4. Üst qapaq sallanması görmə sahəsini daraldırsa
5. Qırışlar və dəridə boşalma çoxdursa
6. Makiyaj düzgün oturmursa
Əməliyyat necə aparılır?
• Vena daxili və ya lokal anesteziya altında aparılır
• Təxminən 1 saat çəkir
• Üst qapaqda kəsik təbii qatda, alt qapaqda isə kirpiklərin alt xəttində və ya daxili qapaqda edilir
• Artıq dəri və yağ toxuması çıxarılır və ya yenidən formalaşdırılır
• Qapaqlar daha gənc və gərgin görünüş alır
Əməliyyatdan sonra eyni gün evə buraxılma mümkündür.
Sağalma müddəti
• Şişlik və göyərmə 2 həftə davam edə bilər
• Tikişlər adətən 5–7-ci gün çıxarılır
• Sağalma 4 həftə davam edir
• Göz ətrafı makiyajı 2 həftə sonra etmək olar
• Gözləri ovmamaq və günəşdən qorumaq tövsiyə olunur
Nəticə tam olaraq 6 ay ərzində oturur.