BBL – xəstənin öz bədənindən alınan piylərin popa nahiyəsinə köçürülməsi ilə popanın daha dolğun, dik və yuvarlaq forma almasını təmin edən estetik əməliyyatdır. Bu prosedur həm popanın formasını dəyişir, həm də bədən konturunu daha harmonik edir, çünki piy adətən bel, qarın, bud və bel yanlarından alınır.
Kimlər üçün uyğundur?
• Popasının formasından və həcmsizliyindən narazı olanlar
• Daha dik və dolğun popa istəyənlər
• Bədəndə artıq piy olan, lakin implant istəməyən xəstələr
• Bel-qarın-bud bölgəsindəki piylərin alınmasını da arzulayanlar
• Həqiqi, təbii görünüşlü nəticə istəyənlər
Konsultasiya
• Bədən konturu qiymətləndirilir: hansı bölgələrdən piy alınacağı müəyyən edilir.
• Popada istenilən forma və ölçü müzakirə olunur.
• Dəri elastikliyi, mövcud piy miqdarı və ümumi sağlamlıq vəziyyəti analiz edilir.
• Həkim prosedurun gedişi, nəticələr, risklər və sağalma mərhələsi haqqında məlumat verir.
Əməliyyat Prosesi
• BBL əməliyyatı çox vaxt ümumi anesteziya altında aparılır.
• Qarın, bel, bel yanları, bud içi və bud xarici alınan piy popanın müxtəlif qatlarına bərabər şəkildə inyeksiya edilir.
• Bu üsul popaya daha yumşaq, təbii və həcimli görünüş verir.
• Toxuma zədələnməsinin qarşısı alınır.
• Əməliyyat 2 saat çəkir
Sağalma Prosesi
• İlk günlər şişlik, yüngül ağrı və gərginlik hissi normaldır.
• Xəstə xüsusi kompressiv geyim geyinməlidir.
• Popa üzərinə birbaşa oturmaq qadağandır.
• Yatarkən yan və ya qarın üstə uzanmaq tövsiyə olunur.
• Oturmaq lazım olarsa, xüsusi BBL yastığı istifadə edilməlidir.
• İdman və ağır fiziki fəaliyyət qadağandır.