Bud gərmə əməliyyatı – budun yuxarı nahiyəsində sallanan dəri və artıq piy toxumasını aradan qaldırmaq üçün edilən estetik-cərrahi prosedurdur. Bu əməliyyat bud konturunu daha formalaşmış və gənc görünüşlü edir.
Kimlər üçün uyğundur?
• Budun yuxarı hissəsinin dərisinin sallanması və elastikliyinin itirilməsi
• Artıq çəki itirildikdən sonra dərinin boşalması
• İdman və pəhrizlə aradan qaldırıla bilməyən piy yığılması
• Bud görünüşünü estetik baxımdan yaxşılaşdırmaq istəyənlər
Konsultasiya
• Budun yuxarı bölgəsinin dərisinin elastikliyi və piy miqdarı qiymətləndirilir.
• Xəstənin gözləntiləri müzakirə olunur: yalnız dəri dartılması, liposaksiya ilə kombinə edilmiş prosedur və ya tam bud gərmə.
• Sağalma müddəti, nəticə və risklər xəstəyə izah edilir.
Əməliyyat Prosesi
• Adətən ümumi anesteziya altında aparılır.
• Lokal anesteziya + sedasiya nadir hallarda kiçik prosedurlar üçün istifadə oluna bilər.
• Kəsiklər budun daxili və ya arxa hissəsində edilir ki, çapıq mümkün qədər az görünür.
• Artıq dəri və piy toxuması çıxarılır və bud konturu formalaşdırılır.
• Əməliyyat təxminən 2 saat çəkir.
• Xəstə əksər hallarda ertəsi gün evə buraxılır.
Sağalma Prosesi
• İlk 1–2 həftə şişlik, göyərmə və diskomfort normaldır.
• Əməliyyatdan sonra 1 ay boyunca kompressiyaedici geyim geyinilməlidir.
• Ağır fiziki fəaliyyət və idman 4–6 həftə məhdudlaşdırılır.
• Tam nəticə 1–3 ay ərzində görünür.