Sinə böyütmə əməliyyatı nədir?
Sinə böyütmə — silikon implantlar vasitəsilə süd vəzilərinin həcmini artırmaq, formasını daha dolğun və harmonik etmək məqsədi ilə aparılan əməliyyatdır. Əməliyyat:
• sinənin həcmini artırır,
• boşalmış döşləri dolğunlaşdırır,
• asimmetriyanı aradan qaldırır,
• qadının bədən proporsiyasını balanslaşdırır.
Niyə sinə böyütmə əməliyyatı edilir?
Sinənin kiçik olması və ya həcminin itməsi aşağıdakı səbəblərə bağlı ola bilər:
1. Genetik olaraq kiçik döş quruluşu
2. Hamiləlik və südvermədən sonra həcmin azalması
3. Kəskin kilo itkisi
4. Hormonal dəyişikliklər
5. Asimmetriya (bir sinənin digərindən kiçik olması)
Əməliyyat necə aparılır?
Sinə böyütmə əməliyyatı ümumi anesteziya altında aparılır və adətən 1 saat davam edir. 1 ay korset geyinilməlidir. 1 ay ağır qaldırmaq və idman etmək olmaz.
Sağalma prosesi
• İlk günlərdə yüngül ağrı və şişkinlik normaldır.
• Xüsusi süd vəzi korseti 4 həftə taxılmalıdır.
• Ağır fiziki fəaliyyətlər 1 ay məhdudlaşdırılır.
• Tam forma 6 ay ərzində oturur.
Sinə böyütmə və hamiləlik
Əməliyyat gələcək hamiləliyə və südverməyə əks-təsir etmir.