Bağla

Abdominoplastika\mini abdominoplastika

Abdominoplastika — qarın nahiyəsində artıq dəri və piyin çıxarılması, qarın əzələlərinin toparlanması ilə daha düz və yığcam qarın görünüşü yaradan cərrahi müdaxilədir.

Abdominoplastika\mini abdominoplastika

08 mart, 2026

Abdominoplastika nədir?

Abdominoplastika — qarın nahiyəsində artıq dəri və piyin çıxarılması, qarın əzələlərinin toparlanması ilə daha düz və yığcam qarın görünüşü yaradan cərrahi müdaxilədir.


Mini Abdominoplastika nədir?

Mini abdominoplastika yalnız göbək altı hissədəki artıq dəri və piyin götürülməsi üçün edilir. Kəsik daha kiçikdir və sağalma daha sürətlidir.

 

Kimlər üçün uyğundur?

          •        Doğuşdan sonra qarında sallanma yaşayanlar

          •        Ani çəki itkisindən sonra dəri boşluğu olanlar

          •        Qarın əzələlərində genişlənmə (diastaz) olanlar

          •        Diet və idmanla düzəlməyən qarın bölgəsi

 

Hamilə qadınlara olarmı?

          •        Yeni doğuş etmiş analara əməliyyat ən az 6 ay – 1 ildən sonra, bədən tam bərpa olunanda tövsiyə edilir.

          •        Əgər gələcəkdə yenidən hamiləlik planlanırsa, əməliyyatı hamiləlikdən sonra etmək daha doğrudur, çünki yeni hamiləlik nəticəni poza bilər.

 

Sağalma prosesi

          •        İlk günlərdə yüngül ağrı və şişkinlik normaldır.

          •        3 ay qarın korseti geyinilməlidir.

          •        Ağır fiziki fəaliyyətlər 4 həftəlik məhdudlaşdırılır.

          •        Tam forma 1 il ərzində oturur.