Bağla

Rinoplastika

Rinoplastika burunun xarici görünüşünü dəyişdirməyə yönəlmiş estetik və bəzən də nəfəsalma problemlərini aradan qaldıran funksional əməliyyatdır. Burun insan simasının ən diqqətçəkən hissələrindən biridir və onun forması üz ifadəsinə təsir edir. Buna görə də rinoplastika yalnız xarici görünüşün dəyişdirilməsi deyil, özünəinamın artırılması və daha komfortlu nəfəsalmanın təmin olunması ilə nəticələnən çoxşaxəli bir prosedurdur.

Rinoplastika (Burun Estetikası)

25 fevral, 2026

Rinoplastika burunun xarici görünüşünü dəyişdirməyə yönəlmiş estetik və bəzən də nəfəsalma problemlərini aradan qaldıran funksional əməliyyatdır. Burun insan simasının ən diqqətçəkən hissələrindən biridir və onun forması üz ifadəsinə təsir edir. Buna görə də rinoplastika yalnız xarici görünüşün dəyişdirilməsi deyil, özünəinamın artırılması və daha komfortlu nəfəsalmanın təmin olunması ilə nəticələnən çoxşaxəli bir prosedurdur.

Kimlər üçün uyğundur?


    •    Burun formasından narazı olanlar
    •    Travma nəticəsində burun deformasiya olunanlar
    •    Doğuşdan gələn əyrilik, asimetriya və ya burun ucu sallanması olanlar
    •    Burunda nəfəsalma çətinliyi yaşayanlar
    

Konsultasiya


    •    Həkim burunun daxili və xarici quruluşunu müayinə edir
    •    Şikayətlər və gözləntilər detallı şəkildə müzakirə olunur

Əməliyyat 


    •    Burun ucu hissəsində kiçik bir kəsik edilir və dəri qaldırılaraq daxili strukturlar tam görünür (Açıq rinoplastika)
    •    Qığırdaq və sümük dəqiqliklə formaya salınır
    •    Çox minimal və zamanla demək olar ki, görünməyən iz qalır

Sağalma prosesi


    •    İlk 1 həftə burunda şişlik və göyərmə hissi normaldır
    •    Burun üstündəki gips 7 gün sonra çıxarılır
    •    İlk ay şişlərin böyük hissəsi çəkilir, amma burunun tam oturması 1 il çəkir.
    •    Bir ay idman və ağır fiziki fəaliyyət qadağandır