Bağla

Labioplastika

Labioplastika qısaca olaraq vaginanın böyük dodaqları olaraq bilinən labia major və onun altında yerləşən kiçik dodaqların (labia minor) estetik görünüşə salınması əməliyyatıdır. Labioplastika günümüzdə ən çox rast gəlinən genital estetik əməliyyatdır.

Labioplastika

25 fevral, 2026

Labioplastika qısaca olaraq vaginanın böyük dodaqları olaraq bilinən labia major və onun altında yerləşən kiçik dodaqların (labia minor) estetik görünüşə salınması əməliyyatıdır. Labioplastika günümüzdə ən çox rast gəlinən genital estetik əməliyyatdır.

Kimlər üçün uyğundur?


    •    Gündəlik həyatda sürtünmə, narahatlıq və ağrı yaşayan qadınlar
    •    Estetik olaraq daha simmetrik görünüş istəyənlər
    •    Geyim altında çıxıntı və görünüşdən narahat olanlar
    •    Doğuşdan sonra dodaq toxumasında dəyişiklik yaşayanlar
    •    Özünəinamını artırmaq istəyən xəstələr


Yaş həddi


    •    Labioplastika 18 yaşdan yuxarı qadınlara icra olunur.


Hamilələr üçün uyğundurmu?


    •    Hamiləlik dövründə edilməz.
    •    Doğuşdan 3–6 ay sonra, toxumalar bərpa olduqdan sonra daha uyğundur.


Konsultasiya 



    •    Kiçik dodaqların ölçüsü, forması və elastikliyi qiymətləndirilir.
    •    Xəstənin istəkləri dinlənir: tam kiçiltmə, formanın düzəldilməsi, asimmetriyanın aradan qaldırılması və s.
    •    Sağalma müddəti və əldə olunacaq nəticə izah edilir.
    •    Əməliyyatdan əvvəl qaydalar (gigiyena, dərmanlar, menstruasiya dövrü və s.) danışılır.


Əməliyyat Prosesi


*    Əməliyyat adətən lokal anesteziya altında edilir, xəstə ağrı hiss etmir. 
*    Əməliyyat təxminən 30–60 dəqiqə çəkir.
*    Xəstə eyni gün evə gedə bilir.

Sağalma Prosesi


    •    İlk 3–5 gün yüngül şişlik, yanma və diskomfort normaldır.
    •    Oturarkən xüsusi yastıqdan istifadə rahatlıq yaradır.
    •    Tam sağalma 3–6 həftə çəkir.
    •    Cinsi əlaqəyə 6 həftə, idmana isə 4 həftə sonra icazə verilir.
    •    Nəticə adətən 1–2 ay ərzində tam görünür.