Süd vəzinin böyüməsi aşağıdakı səbəblərdən qaynaqlana bilər
1. Genetik faktorlar
2. Hormonal dəyişikliklər
3. Kilo artımı
4. Hamiləlik və südvermə dövrü
Böyük süd vəzi yalnız estetik bir məsələ deyil. Gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salan narahatlıqlara səbəb ola bilər. Böyük döşlərin ağırlığı:
• boyun, kürək və bel ağrılarına,
• qamətin pozulmasına,
• dərialtı qızartı, qaşınma və göbələk infeksiyalarına,
• idman və hərəkət çətinliklərinə,
• uyğun geyim tapmaqda problemlərə,
• psixoloji narahatlıqlara və özünəinamın azalmasına səbəb olur.
Kimlərə süd vəzi kiçiltmə əməliyyatı məsləhət görülür?
Aşağıdakı hallardan biri olduqda əməliyyat tövsiyə edilir:
1. Süd vəziləri qadının bədən ölçülərinə görə çox böyükdürsə
2. Məmə ucu aşağı doğru sallanıbsa
3. Süd vəziləri arasında ölçü fərqi varsa (asimmetriya)
4. Çiyinlərdə və kürəkdə ağrılar yaranırsa
5. Dəri altında qızartı, göbələk və dermatit varsa
6. Süd vəzilərinin böyüklüyü qadının özünəinamını azaldırsa
7. Böyük döşlər qadının aktiv həyatını məhdudlaşdırırsa
Konsultasiya mərhələsi
Əməliyyatdan əvvəl həkim tərəfindən hərtərəfli qiymətləndirmə aparılır:
• süd vəzilərinin ölçüsü və formasının analizi,
• dəri elastikliyinin qiymətləndirilməsi,
• mammoqrafiya və ya ultrasəs müayinəsi,
• qan analizləri,
• xəstənin gözləntilərinin müəyyənləşdirilməsi,
• ən uyğun əməliyyat texnikasının seçilməsi.
Konsultasiya əməliyyatın uğurlu olması üçün çox vacibdir.
Süd vəzi kiçiltmə əməliyyatı ümumi anesteziya altında aparılır və təxminən 2 saat davam edir.
Əməliyyat zamanı:
• artıq piy, dəri və süd vəzi toxuması çıxarılır,
• məmə ucu ideal mövqeyə gətirilir,
• süd vəzi daha yığcam və simmetrik hala salınır,
Sağalma prosesi
• İlk günlərdə yüngül ağrı və şişkinlik normaldır.
• Xüsusi süd vəzi korseti 4 həftə taxılmalıdır.
• Ağır fiziki fəaliyyətlər 6 ay məhdudlaşdırılır.
• Tam forma 6 ay ərzində oturur.
Süd vəzi kiçiltmə və xərçəng
Araşdırmalar göstərir ki:
• bu əməliyyat süd vəzisi toxumasının miqdarını azaltdığı üçün sonradan məmə xərçənginin yaranma ehtimalı azala bilər,
• əməliyyat zamanı xaşxassəli şiş ehtimalı olan toxumaların da çıxarılması mümkündür.