Ginekomastiya – kişilərdə döş toxumasının normadan artıq böyüməsi
vəziyyətidir. Bu, hormonal balanssızlıq, genetik meyillik, dərman
istifadəsi və ya piy toxumasının çoxalması ilə bağlı ola bilər.
Əməliyyat əsasən estetik məqsəd daşıyır və döş konturunu bərpa edir.
Əməliyyat kimlər üçün uyğundur?
• Döş böyüməsi ilə narahat olan kişilər
• Hormonal və ya tibbi müalicəyə cavab verməyən xəstələr
• Sağlamlıq baxımından əməliyyata uyğun olan hər kəs
Konsultasiya
Ginekomastiya
əməliyyatına qərar vermədən əvvəl həkim sizin döş bölgənizi müayinə
edir və hansı tip ginekomastiyanın mövcud olduğunu müəyyənləşdirir. Bu
mərhələdə döş böyüməsinin piy yığılması nəticəsində, yoxsa süd vəzi
toxumasının artması səbəbilə yarandığı dəqiqləşdirilir.
Əgər problem
böyümüş süd vəzisi toxumasından qaynaqlanırsa, həmin toxuma cərrahi
olaraq çıxarılır. Bu zaman adətən aerola (məmə başı ətrafı) boyunca incə
kəsik edilir və çapıq bu rəngli hissədə gizlədildiyi üçün daha az
nəzərə çarpır.
Döş böyüməsi yalnız artıq piy yığılması ilə
əlaqəlidirsə, cərrah kəsik etmədən və ya çox kiçik giriş nöqtələri ilə
liposaksiya tətbiq edərək piyləri çıxarır.
Döşlərin həddindən artıq
böyük olduğu hallarda isə təkcə piyin təmizlənməsi kifayət etmir. Artıq
sallanan dəri varsa, əməliyyata dərinin yığılması (dartılması) proseduru
da əlavə oluna bilər.
Sağalma prosesi:
• Əməliyyatdan sonra bir neçə gün ərzində yüngül ağrı, şişlik və göyərmə normaldır
• Həkim tərəfindən təyin olunan korset 1 ay taxılmalıdır.
• Ağır fiziki hərəkətlər və idman 4–6 həftə müddətində məhdudlaşdırılır
• Xəstələr əməliyyatdan 1 həftə sonra gündəlik işlərinə qayıda bilirlər
• Nəticələr adətən əməliyyatdan 3 ay sonra tam görünür
Əməliyyat necə aparılır?
Ginekomastiya
əməliyyatı vena daxili və ya ümumi anesteziya altında həyata keçirilə
bilər. Seçim xəstənin yaşı, döş toxumasının miqdarı və əməliyyatın
mürəkkəbliyi nəzərə alınaraq həkim tərəfindən müəyyən edilir.
Əməliyyat
təxminən 1 saat davam edir. Prosedurdan sonra xəstələr adətən eyni
günün axşamı və ya ertəsi gün evə buraxılır və rahat şəkildə dincəlməyə
davam edə bilirlər.