Bağla

Tez-tez verilən suallar

Məlumatlı sağlamlıq qərarları verməyinizə kömək etmək üçün xidmətlərimiz, müalicələrimiz, görüşlərimiz və xəstə baxımı seçimlərimizdə bağlı ümumi suallara cavab tapın.

Əməliyyatın müddəti onun növündən asılıdır. Məsələn: abdominoplastika, sinə büyütmə\kiçiltmə və s. kimi əməliyyatlar 2 saat, alt\üst göz qapağı, ginekomastiya və s. kimi əməliyyatlar isə 1 saat çəkir.

Sağalma prosesi əməliyyatın növündən asılı olaraq dəyişir. Əksər hallarda xəstə 1 həftə ərzində gündəlik həyatına qayıda bilir, tam sağalma isə bir neçə ay ərzində tamamlanır.

Əksər əməliyyatlarda xəstəxanada 1–2 gün qalmaq kifayətdir. Böyük əməliyyatlarda xəstəxanada 2 gün qalmaq mütləqdir.

Estetik əməliyyatlar zamanı bütün kəsiklər estetik prinsiplərə uyğun aparılır. Tikişlər saç telindən daha incə, xüsusi estetik saplarla qoyulur ki, bu da izlərin minimal olmasına imkan yaradır. İlk aylarda iz müəyyən dərəcədə görünə bilər, lakin zamanla solur və əksər hallarda nəzərə çarpmır. İzin qalma dərəcəsi eyni zamanda pasiyentin dəri tipindən və fərdi sağalma xüsusiyyətlərindən də asılıdır.

Bəli, uyğun hallarda bir neçə estetik əməliyyatı eyni zamanda etmək mümkündür. Bu, pasiyentin ümumi sağlamlıq vəziyyəti, ediləcək əməliyyatların növü və müddəti nəzərə alınaraq həkim tərəfindən qiymətləndirilir. Tez-tez rast gəlinən kombinasiya əməliyyatlarına, məsələn, sinə əməliyyatları ilə liposaksiya və ya abdominoplastika ilə bədən formalaşdırma prosedurları daxildir. Birlikdə edilən əməliyyatların üstünlüyü ondan ibarətdir ki, pasiyent bir dəfə anesteziya alır, ümumi sağalma müddəti qısalır və vaxt və səyahət baxımından daha əlverişli olur.

Qiymət əməliyyatın növünə, istifadə olunan materiallar və xəstəxananın xidmət paketinə görə dəyişir. Ətraflı qiymət həkim konsultasiyasında müəyyən edilir.

Əməliyyatdan sonra ağrı minimal olur və dərmanlarla rahatlıqla idarə olunur.

Əməliyyatdan sonra ilkin dəyişikliklər adətən dərhal müşahidə olunur. Lakin əməliyyat sonrası yaranan şişlik və toxumaların sağalma prosesi səbəbindən nəticə tam forması ilə dərhal görünməyə bilər. Əməliyyatın növündən asılı olaraq tam və son nəticə adətən 6 ay ərzində görünür. Bu müddət ərzində toxumalar tam sağalır, dəri yeni formasına uyğunlaşır və ən təbii görünüş əldə olunur. Sağalma prosesinin sürəti pasiyentin bədən xüsusiyyətlərindən və həkim tövsiyələrinə nə dərəcədə əməl olunmasından asılıdır.

Ölkəyə qayıdış müddəti aparılan əməliyyatın növünə, əməliyyatın genişliyinə və sağalma prosesinin gedişaatına görə dəyişir. Əməliyyatdan sonra pasiyent bir müddət tibbi müşahidə altında qalır və həkim tərəfindən vəziyyəti qiymətləndirilir. Adətən, kiçik-orta həcmli əməliyyatlardan sonra 1 həftə – 10 gün ərzində geri dönüş mümkündür. Bu zaman pasiyentin ümumi durumu stabilləşmiş olur, ilkin sağalma mərhələsi tamamlanır və uçuş üçün risk yaratmayan vəziyyətdə olur. Kombin əməliyyatlardan sonra isə 14 gün ərzində ölkəyə qayıtmaq mümkündür.

Əməliyyatdan sonra uçuşda sağalma prosesinin təhlükəsiz və rahat keçməsi üçün bəzi vacib qaydalara əməl etmək lazımdır. İlk növbədə, həkimin tövsiyə etdiyi kompressiya corabı və ya korsetdən uçuş müddətində istifadə etmək məsləhətdir. Bu, qan dövranını dəstəkləyir və ödem riskini azaldır.Uçuş zamanı bol maye qəbul etmək, hər 1–2 saatdan bir qısa hərəkətlər etmək və ya ayaqları oynatmaq vacibdir. Uzun müddət hərəkətsiz qalmaq tövsiyə olunmur. Ağır yük qaldırmaq, qəfil hərəkətlər etmək və əməliyyat sahəsinə təzyiq göstərməkdən çəkinmək lazımdır.